Premyer Liqamızda 23 ilin rekordçuları

Bu həftə Premyer Liqada 24-cü mövsümün ilk oyunları baş tutacaq. Allsport.az xəbər verir ki, nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, arxada qalan 23 çempionatda 2680 futbolçu iştirak edib.

1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur. 421 oyuna çıxan sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədir. Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi – Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıb.

23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. 3-cü olan Rövşən Əhmədov ən sərrast oyunçu Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub.

Premyer Liqada ən çox oyun keçirən 10 futbolçu:

1.Mahmud Qurbanov421
2.Azər Məmmədov388
3.Aslan Kərimov382
4.Aqil Məmmədov363
5.İsmayıl Məmmədov351
6.Rəşad Abdullayev337
7.Kənan Kərimov327
8.Rəşad Sadiqov318
9.Nadir Nəbiyev316
10.Mübariz Orucov311

Premyer Liqanın 10 ən yaxşı bombardiri:

1.Nazim Əliyev183
2.Müşfiq Hüseynov125
3.Rövşən Əhmədov116
4-5.Qurban Qurbanov115
Samir Ələkbərov115
6.Alay Bəhramov108
7.Nadir Nəbiyev103
8-9.Xaqani Məmmədov102
Vadim Vasilyev102
10.Kənan Kərimov101

Həmin kateqoriyadan