- Baxış sayı: 44
- 10 Aprel 2025 20:48
- Baxış sayı: 37
- Aprel 11, 2025
- 0
Bu gün Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə avarçəkmə üzrə “Prezident kuboku” reqatası sona yetdi. Allsport.az saytı xəbər verir ki, 3 gün davam etmiş yarışda 21 ölkədən 30-a yaxın komanda iştirak etdi. Bizdən mübarizəyə 65 idmançı qatıldı.
Fərəhlidir ki, Azərbaycan millisi son rəqabət günündə də fərqləndi. Bu dəfə medalların soyu daha çox oldu. Qiyas Əhmədov və Vacib Babayev (2008-2009-cu il təvəllüdlü) 2-yerlik qayıqda 200 metr məsafəyə kayak yarışında gümüş medal qazandılar. Eyni nəticəni Niyaz Məlikov – Emil Zeynalov cütü (2008) 100 metr məsafədə göstərdilər.
2-yerlik qayıqda kayakda 200 metr məsafəyə yürüşdə İbrahim Məmmədzadə – Sərhad Fərhadzadə (2010); Nurlan Paşayev – Fariz Babayev (2006-2007), eləcə də Məhəmməd Həsənov – Raul Şamilov (2010) akademik avarçəkmədə 1500 metr məsafəyə ötüşmədə 3-cü yer tutdular.