- Baxış sayı: 32
- 26 Mart 2026 22:36
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Mayın 2-də Mingəçevirdə reqatanın bağlanışı olacaq. Allsport.az saytı xəbər verir ki, “Kür” olimpiya tədris-idman mərkəzinin qarşısında saat 20:00-da start götürəcək mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək.
Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
“Prezident kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.