- Baxış sayı: 162
- 31 İyul 2024 21:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Çövkən üzrə “Prezident kuboku”na start verilib. Allsport.az saytı xəbər verir ki, 8-ci dəfə təşkil olunan turnirdə bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən olunmuş milli cins atlardan istifadəyə icazə verilib. Bu şərtlərə əməl edən altı komandanın iştirakı ilə keçiriləcək yarışlarda ümumilikdə 10 qarşılaşma oynanılacaq.
Püşkatmanın nəticələrinə əsasən, 3 güc səbətindən eyni reytinqə sahib olanlar 2 qrupa ayrılıb. “A” qrupunda “Sərhədçi”, “Buta Qolden” və “Köhlən”, “B” qrupunda isə “Polad”, “Murad” və “Ömər” komandaları yer alıblar.
Turnirin açılış oyununda “Buta Qolden” klubu “Köhlən” üzərində 9:0 hesablı qələbə qazanıb. 2-ci görüşdə “Murad” komandası “Ömər”i 2:1 üstələyib.
Yarış dekabrın 18-dən 20-dək qrup oyunları, 22-dən 24-dək isə yarımfinal və final mərhələləri ilə davam edəcək. Qrup və yarımfinal oyunları Bakı dövlət Cıdır meydanında, final oyunu isə Binə atçılıq mərkəzində açıq havada və tamaşaçıların iştirakı olmadan keçiriləcək.