Prezident kuboku ECA-nın təqvimində

Avropa kanoe assosiasiyası (ECA) prezident kuboku-2025 beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib. Allsport.az xəbər verir ki, assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 28 apreldə Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə prezident kuboku-2025 beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 mayda Mingəçevirdə yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.

2023 və 2024-cü ildə keçirilən yarış da ECA-nın rəsmi təqvim planına daxil edilmişdi.

Həmin kateqoriyadan

azenrutr