- Baxış sayı: 33
- 25 Yanvar 2026 16:02
- Baxış sayı: 115
- Yanvar 25, 2026
- 0

“Barselona” klubunda prezident seçkilərinin keçiriləcəyi tarix dəqiqləşib.
Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin direktorlar şurasının iclasından sonra seçkilərin 15 martda keçirilməsi qərara alınıb. Hazırkı prezident Joan Laporta namizədliyini rəsmən açıqlayaraq, “Bu, 15 martda olacaq” deyə bildirib.
Yeni seçiləcək prezident vəzifəsinin icrasına rəsmi olaraq 1 iyuldan başlayacaq. 2021-ci ildən kluba rəhbərlik edən Laporta ilə yanaşı, Viktor Font, Xavyer Vilaxoana və Mark Siriya da namizədlər sırasındadır.