VİDEO
Robert Prosineçki Azərbaycandan nəyi gözləmirdi?

Azərbaycanın yığmasının baş məşqçisi Robert Prosineçki futbol, Bakı və… ona verilmiş xidməti avtomobil haqqında danışıb. Allsport.az xəbər verir ki, Bakı haqqında buraya gəlməzdən əvvəl müəyyən məlumatı olduğunu deyən xorvatiyalı keçmiş futbolçu şəhərin görmək istədiyi məşhur yerlərini seçib və idarə etdiyi Hyundai Santa Fe-nin naviqasiya sistemi ilə gəzintiyə çıxıb.

Yol boyu onu müşayiət edən kameraya Prosineçkinin futbol həyatı, Azərbaycan futbolu və futbolçuları, azərbaycanlılar, Bakı haqqında təəssüratları düşüb. Azərbaycanda futbol üçün gözəl şərait yaradıldığından danışan Prosineçki burada gözlənilməzliklə də qarşılaşdığını dilə gətirib.

Həmin kateqoriyadan