Prosineçki: Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək

Xəbər verdiyimiz kimi, AFFA ilə İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar aparılırdı. Allsport.az xəbər verir ki, futbolçunun anası və meneceri bu gün Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında yığma komandanın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

“Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək. İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birini yaxşı başa düşəcəyik”.

Həmin kateqoriyadan