“Psixoloji olaraq vəziyyətimiz çox pisdir”


“Neftçi”in baş məşqçisi Samir Abbasov “Kəpəz” üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, o, doğma meydanda keçirilən görüş haqda bunu deyib:

“Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Çünki indi nəticə bizim üçün çox vacibdir. Oyun haqda danışmaq istəmirəm, amma futbolçularıma “sağ ol” deyirəm. Çünki üzərlərində olan təzyiqə baxmayaraq, bu oyunu qələbə ilə başa vurdular. Bu gün qələbəyə çox ehtiyacımız var idi. “Neftçi”nin heç bir üzvü üçün ev-səfər fərqi olmamalıdır. Yəni bu cür təzyiqli oyunlardan çıxmağı bacarmalıyıq. Təəssüf ki, hazırda psixoloji olaraq vəziyyətimiz çox pisdir və hər bir futbolçu özündə yük hiss edir. Düşünürəm ki, bunu da üzərimizdən qələbələr qazanmaqla ata bilərik”.

Həmin kateqoriyadan