- Baxış sayı: 37
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

PSJ-nin yarımmüdafiəçisi Dezire Due “Real Madrid”in maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, onunla “Real Madrid” maraqlanır.
“Krak klubu” oyunçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
“Real Madrid” Dueyə hazırda Paris klubunda aldığından daha çox oyun müddəti təklif edə bilər. Dezire Due 2024-cü ildə “Renn”dən PSJ-yə 50 milyon avroya keçib. Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda parislilərin heyətində 23 oyunda iştirak edib, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.