- Baxış sayı: 37
- 19 Fevral 2026 20:58
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

“Milan” yay transfer pəncərəsi dövründə yarımmüdafiəçisi Kristian Pulişiçlə bağlı gələn təklifləri geri çevirmək niyyətindədir.
Allsport.az xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” klubları 27 yaşlı amerikalı futbolçunun xidmətində maraqlıdırlar.
Daha əvvəl İtaliya təmsilçisinin futbolçunu 70 milyon avro qarşılığında sata biləcəyi iddia olunsa da, “rossoneri” rəhbərliyi Pulişiçi heyətdə saxlamaq qərarına gəlib.
Hazırda Kristian Pulişiç 2025/2026-cı illər mövsümündə “A” seriyasında vurduğu 8 qolla komandasının ən məhsuldar oyunçusudur.
O, ümumilikdə bütün turnirlərdə 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Milan” ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.