Püşkatma təxirə salındı

Asiya futbol konfederasiyası (AFC) 2027-ci il Asiya kubokunun final mərhələsinin püşkatma mərasiminin vaxtını dəyişib.

Allsport.az xəbər verir ki, aprelin 11-də Ər-Riyadda keçirilməsi planlaşdırılan tədbir təhlükəsizlik mülahizələrinə görə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Yaxın şərqdəki gərginliklə əlaqədar daha əvvəl Asiya çempionlar liqasının bəzi matçları da təxirə salınmışdı.

Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi turnirin final mərhələsinin 2027-ci il yanvarın 7-dən fevralın 5-nə qədər keçirilməsi planlaşdırılır.

Həmin kateqoriyadan