- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Bu gün yaxşı çıxış etdik. İtaliya millisi ilə oyunda çox güc sərf etmişdik. İlk qoldan sonra komandamız özünə gəldi. Müdafiə xəttinin səhv buraxması normal haldır. Azərbaycan millisinin vurduğu ikinci qolda bizim müdafiəçilər səhvə yol verdilər. Futbolda səhvlər olur. Nəticədən razı qalmadım. Daha çox şeyə ümid edirdik. Azərbaycan millisi yaxşı komandadır. İtaliya yığması ilə oyundan sonra üzərimizdə çox təzyiq var idi. Əsas odur ki, birinci qoldan sonra toparlandıq”.