- Baxış sayı: 29
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün “Qəbələ” İdman Klubunun 10 yaşı tamam oldu. Allsport.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub.
O zaman futbol klubu kimi fəaliyyətə başlayan qurum “Göy Göl” adlanırdı. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayın 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayında – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adı ilə dəyişdirilib.
2013-cü ilin əvvəlindən isə klubun nəzdində diğər idman növləri – cüdo, boks, atıcılıq, taekvondo, güləş və karate bölmələri fəaliyyətə başlayıb. Buna görə də, klubun adı “Qəbələ” İdman Klubu ilə əvəzlənib.
“Qəbələ”nin tarixində ən yaxşı nəticələri 2 il ardıcıllıqla (2013/14 və 2014/15 mövsümləri) Azərbaycan Premyer Liqasının bürünc medallarını qazanması, bir dəfə isə (2014/15 mövsümü) Azərbaycan Kubokunun finalçısı olub. Hazırda “Qəbələ” Azərbaycanın idman həyatında ənəmli rol oynayır. Klub təmsilçiləri beynəlxalq yarışlarda Azərbaycan idmanını və “Qəbələ”ni uğurla təmsil edirlər. “Qəbələ”nin 5 idmançısı Bakı-2015 ilk Avropa Oyunlarının mükafatçısı olub.
“Qəbələ” Azərbaycan futbolunda bir çox yeniliklərlə imza atıb. 2007-ci ildə Azərbaycanda ilk futbol akademiyasının təməlini qoyan klub bununla da ölkədə istedadlı futbolçuları üzə çıxarmaq, onların peşəkar futbolçu kimi yetişərək gələcəkdə Azərbaycan milli komandasının və “Qəbələ” Futbol Klubunun sıralarını möhkəmləndirmək missiyasını öz üzərinə götürüb. Klub 15 yaşadək futbolçular arasında keçirilən və artıq Avropada klub haqqında yüksək rəy formalaşdırmış beynəlxalq “Qəbələ Kuboku” turnirinin təşkilatçısıdır.
Hazırda ölkə futbolunun inkişafı istiqamətində tutarlı işlər görən komandanın məqsədi gün Azərbaycanı Avropada qitəmiqyaslı turnirlərdə layiqli təmsil etməkdir.