- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
“Qəbələ” İdman Klubu qapıçı Kamran Ağayevlə yollarını ayırıb. Allsport.az klub saytına istinadən xəbər verir ki, qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.
2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib. 29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.
“Qəbələ” İdman Klubu Kamran Ağayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.