- Baxış sayı: 35
- 26 Mart 2026 11:58
- Baxış sayı: 226
- Mart 25, 2026
- 0

1-ci dəstədə çıxış edən “Qəbələ” klubu yenidən premyer liqaya vəsiqəni təmin edib. Allsport.az saytı xəbər verir ki, bölgə təmsilçisi buna 20-ci turda səfərdə “Baku Sporting”i 5:0 hesabı ilə üstələyərək nail olub.
Cari mövsümdə uduzmayan “qırmızı-qaralar” bu nəticədən sonra xallarını 52-yə çatdırıb. Bununla da “Qəbələ”nin güclülər dəstəsinə vəsiqə verən ilk 3 yerdən birində başa vuracağı dəqiqləşib. 2-ci yerdə qərarlaşan “Karvan”ın 38 xalı var.
Kaxaber Sxadazenin komandası elitanı ötən mövsümün sonunda tərk etmişdi.