Qəbələdə darmadağın, “Sabah” liderlikdən düşdü

Azərbaycan 1-ci divizionunda 6-cı tura start verilib.

Allsport.az xəbər verir ki, turun ilk oyununda “Qaradağ Lökbatan” “Səbail”in 2-ci komandasını iki qolla məğlub edib.

“Sabah-2” isə MOİK-lə görüşdə məğlubiyyətə üzülüb. Bu məğlubiyyətdən sonra “Sabah”ın 2-ci komandası turnir cədvəlinin zirvəsindən enib.

“Qəbələ”nin və “Zirə”nin 2-ci komandaları arasında baş tutan oyunda meydan sahibləri darmadağına seviniblər – 5:0.

Turun qalan oyunları sabah keçiriləcək.

1-ci divizion, 6-cı tur

26 oktyabr

Qaradağ Lökbatan – Səbail-2 2:0
Qol: 
Sabir Allahquliyev, 49. Urfan İsmayılov, 65.
Qırmızı vərəqə: Bayraməli Qurbanov, 63 (“Səbail”)
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Lökbatan olimpiya idman kompleksinin stadionu, 14:00

Sabah-2 – MOİK 1:3
Qol: 
Samir Məhərrəmli, 73 – Samir Alıyev, 21. İsa Zeynallı, 52-pen. Ruslan Voronsov, 80-pen.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Elvin Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Binə qəsəbə stadionu, 14:30

Qəbələ-2 – Zirə-2 5:0
Qol: 
Mehrac Baxşalı, 1. Aqil Nəsibov, 24; 71. Taleh Qarayev, 86; 89.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30

Həmin kateqoriyadan