- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Qəbələdə, kanoe və avarçəkmə federasiyasının dəstəyi, “Gabala Hospitality Group”un təşkilatçılığı ilə raftinq klubunun açılışı olub. Allaport.az saytı xəbər verir ki, kanoenin növlərindən olan və daha çox turistlər üçün nəzərdə tutulan raftinq mərkəzi Türyançayın Qəbələ-Ağdaş yolunun 32-ci kilometrliyində, Savalan kəndindən keçən hissəsində istifadəyə verilib.
Qayıqların idarə edilməsi və əsas təlimatlar üçün kluba Türkiyə kanoe federasiyasından peşəkar idmançılar cəlb edilib. Yürüşlərin marşrut məsafəsi 40 dəqiqə ərzində 14 kilometr nəzərdə tutulub.
Raftinq növündə hava ilə doldurulmuş 2, 4 və 6 nəfərlik qayıqlardan istifadə edilir. Yarışlar dağ çayları və süni yaradılan kanallarda təşkil olunur. İdmançılar qayığı kanoedəki kimi tək və ya cüt kayak avar ilə idarə edir. Axın sürəti, həmçinin yaradılan süni maneələrə əsasən yarışların çətinliyi 6 ballıq sistemlə qiymətləndirilir.