- Baxış sayı: 96
- 07 Yanvar 2026 22:26
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycanda ilk dəfə MDB oyunlarına start verilib.
Allsport.az saytı xəbər verir ki, təmiz idman dəyərlərinə həmişə dəstək nümayiş etdirən Azərbaycan milli antidopinq agentliyi (AMADA) geniş və silsilə təbliğat proqramına başlayıb. İlk yarış günündə Qəbələ olimpiya idman kompleksində stolüstü tennis üzrə yarışlarda maarifləndirici proqram təşkil olunub.
Proqram çərçivəsində iştirakçılara antidopinq siyasəti, ədalətli idman prinsipləri və rəqibə hörmət mövzularında məlumat verilib. Eyni zamanda, narkomaniyanın fəsadları barədə maarifləndirici çıxışlar olub.
Tədbirin məqsədi gənclərdə təmiz və sağlam idman vərdişlərinin təşviq olunması, idmanda dürüstlüyün və sağlam həyat tərzinin önəminin vurğulanmasıdır.