- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatması ilə bağlı fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 2-ci ələmədə Macarıstan MTK-sını mübarizədən kənarlaşdıracağı halda, Fransanın “Lill” klubu ilə qarşılaşacaq bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı bunu söyləyib:
“Biz hələ növbəti mərhələyə vəsiqə qazanmamışıq. Ona görə də indidən üçüncü təsnifat mərhələsi barədə danışmağımız tezdir. Hazırda bütün diqqətimiz MTK ilə cavab matçına yönəlib. Bizi çox çətin ev oyunu gözləyir. MTK-nı keçmək bizim üçün çox çətin olacaq. Bunun üçün xeyli tərləməli olacağıq.
Potensial rəqibimizə gəlincə, Fransanın “Lill” klubu ilə düşməklə bəxtimizin gətirmədiyini deməzdim. Əksinə, hesab edirəm ki, bəxtimiz gətirdi. Belə adlı-sanlı, səviyyəli komanda ilə qarşılaşmaq əladır. Şəxsən mənim üçün çox maraqlı olacaq. Püşkün nəticəsinə görə şadam. Hər belə rəqiblə oyun böyük təcrübədir, dərsdir. Öz gücümüzü belə bir rəqiblə oyunda sınamaq, yeni nələrsə öyrənmək imkanı qazanacağıq”.