“Qələbə hesabını qorumağa təcrübə çatmadı”

“Turan Tovuz” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb – 2:2 (pen. 1:3).

Allsport.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında Tovuz təmsilçisinin çalışdırıcısı Qurban Berdıyev bunu deyib:

“Hər şeydən əvvəl Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu. Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma uşaqlar da axıra kimi döyüşdülər. Penalti seriyası lotoreyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq”.

Həmin kateqoriyadan