- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Antalyada yeniyetmə güləşçilərin “Qələbə kuboku”nun ilk günündə millimiz 2 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıblar.
Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”dən Ağanəzər Novruzov (71 kq) 1-ci, Sadiq Hüseynov (45 kq) 2-ci, Məhəmməd İsmayılov (45 kq), Elman Ağayev (51 kq), Ağa Qasımov (60 kq) və Kəlbəxan Bakdəmirov (71 kq) 3-cü yer tutublar.
Yunan-Roma güləşçilərimizdən Murad Əliyev (51 kq) qızıl, Hüseyn Savadov (45 kq), Məhəmməd Qasımzadə (60 kq) və Davud Məmmədov (71 kq) gümüş, Vüsal Quluzadə (51 kq) isə bürünc mükafata sahib çıxıblar.
Qızlarda Aysel Məmmədzadə (46 kq) bürünc medal qazanıb.