“Bu uğurunu davamını dünya çempionatında gətirməyə çalışacağam”

Tiranada keçirilən yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında qızıl medal qazanan Ruslan Nurullayev Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, gənc pəhləvan Heydər Əliyev adına beynəlxalq hava limanında çıxışını dəyərləndirib:

“İlk növbədə federasiya rəhbərliyinə, məşqçilər korpusuna və mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ötən il bəzi kiçik nüanslar oldu ki, məni çempionluqdan kənarda qoydu. Çox şükür ki, bu il layiq olduğum qızıl medalı aldım. İlboyu ölkə xaricində və daxilində yüksək səviyyədə təlim-məşq toplanışları keçmişdik.

Bu uğurunu davamını U-23 dünya çempionatında gətirməyə çalışacağam. Bu qələbəmi atama həsr edirəm. Ona söz vermişəm ki, onun istədiyi bütün medalları qazanacağam. Çox şükür ki, sözümü tutmağa davam edirəm”.

Həmin kateqoriyadan

azenrutr