- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Slovakiyada keçirilən Avropa çempionatında bürünc medal qazanan sərbəst güləşçi Ağanəzər Novruzov Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, o, Heydər Əliyev beynəlxalq aeroportunda qarşılama mərasimində çıxışını dəyərləndirib: “Şükürlər olsun, bu nəticəni əldə etdim. Amma səhvlərim çoxdur. Onların üzərində işləməliyəm. Bir az səhvlərdən, bir az da təcrübəsizlikdən yarımfinalda məğlub oldum. Məşqçilər bu il hansı yarışlarda məsləhət bilsə, o yarışlarda da iştirak edəcəyəm. Qələbəmi bütün sevdiyim insanlara həsr edirəm”.