“Qələbəmi şəhidlərimizə həsr edirəm”

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatının qalibi olan Elgün Kərimlinin Heydər Əliyev hava limanında qarşılanma mərasimi baş tutub.

Allsport.az xəbər verir ki, qitə çempionu yarışla bağlı fikrini bölüşüb:

“Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Bu uğurumu müəllimimə borcluyam. Bu, başlanğıcdır. Gələcəkdə daha yaxşı nəticələrlə qarşınızda olmağa çalışacağam. Qələbəmi şəhidlərimizə həsr edirəm. Finala böyük məşqçimiz Namiq Quliyevlə yaxşı hazırlaşmışdım. Rəqibim güclü olmasına baxmayaraq, müəllim məni həvəsləndirdi. Dedi ki, sən udacaqsan. Şükürlər olsun ki, elə də oldu. Başlanğıcda səhvlər olmasına baxmayaraq, özümü itirmədim. Motivasiyamı yüksək tutdum. Çalışdım və ikinci hissədə qalib gəldim”.

Həmin kateqoriyadan