- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
“Turan Tovuz”un baş məşqçisi Qurban Berdıyev “Şamaxı” ilə oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, doğma meydanda 3:2 hesabı qələbə qazandıqları görüş haqda bunu deyib:
“İki fərqli hissə oldu. Birinci hissə bir qədər akademik, ləng, həvəssiz və istəksiz idik. İkinci hissədə isə tam əksi oldu. Ümumilikdə uşaqların xarakter nümayiş etdirmələrinə sevinirəm. Qələbəni Denis Marandiçiyə həsr edirik. Oyunda da uşaqlar onun formasını nümayiş etdirdilər. Hər an bizimlədi. Hər zaman komanda ilə əlaqədədir. Bizim azarkeşlər ən yaxşıdır. Qələbədə onların da payı var. Hər yerdə bizimlədirlər. Hətta elə olur ki, səfərdə oynamağımıza baxmayaraq tribunada bizim azarkeşlər daha çox olur”.