“Qələbənin əsas səbəbi federasiyanın diqqət və qayğısının yüksək səviyyədə olmasıdır”

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə milli Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, 2 qızıl, 4 gümüş və 1 bürünc medalla komanda hesabında çempion olan yığmamız üçün Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimi keçirilib.

Millinin böyük məşqçisi Namiq Quliyev yarışla bağlı açıqlama verib:
“İtaliyada bu günə qədər olan ən böyük nəticəni əldə etdik. 6 finalçımız oldu, 4 idmançımız bürünc medal üçün güləşdi. Komandanın çıxışından razıyam. Orda yaranan problemləri də federasiyamız dərhal aradan götürdü. Heç bir çətinlik çəkmədik və bunun da nəticəsi olaraq, belə qələbə qazandıq. Qələbənin əsas səbəbi federasiyanın diqqət və qayğısının yüksək səviyyədə olmasıdır. Xaçmazda və Mərdəkanda keçirilən təlim-məşq toplantıları yarışda uğur qazanmağımıza böyük təkan verdi. Bu yolda məşqçilərimiz – Elşad Allaverdiyev, Xəqan Süleymanov və Emin Əzizov çox böyük fədakarlıq etdilər. Bu qələbəmizi silahlı qüvvələrimizə həsr edirik”.

Həmin kateqoriyadan