- Baxış sayı: 105
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının XXIV turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Berdiyevin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, türkmən mütəxəssis oyunda çətin mübarizə getdiyini vurğulayıb:
“Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da hər iki komanda üçün eyni idi. Asan deyildi. Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqların göstərdikləri xarakterə görə çox şadam. Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq”.