Qətər Güləş Federasiyası ölkəmizin təcrübəsindən yararlanmaq istəyir

“Azərbaycan dünya üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan güləş idmanı sahəsində Asiyada İrandan sonra ikinci yerdədir. Biz böyük çempionatlardan əvvəl təlim-məşq toplanışlarını məhz bu ölkədə keçirməyə çalışırıq. Çünki orada dünya miqyaslı idmançılar var. Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirik”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “əş-Şarq” qəzetinə müsahibəsində Qətər və Ərəb Güləş Federasiyalarının prezidenti Zaməl Səyyaf əl-Şəhrani deyib. O, ölkəsində səfərdə olan Azərbaycanın Güləş Federasiyasının nümayəndələri ilə görüşdüyünü qeyd edib.

Asiyalı bu görüşdə təcrübə mübadiləsini daha da artırmaq, Qətər və Azərbaycanın milli komandalarının hər iki ölkədə keçirilən çempionatlarda iştirakını təmin etmək məqsədilə federasiyalar arasında razılıq əldə edildiyini də bildirib.

Həmin kateqoriyadan