- Baxış sayı: 41
- 06 Mart 2026 13:52
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turnirinə start verilib. Allsport.az xəbər verir ki, ənənəvi yarışda ökəmizi qadın güləşi üzrə millimiz təmsil edir.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Canqurtaran, Elnurə Məmmədova (hər ikisi – 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) xalçaya çıxacaqlar.
Turnirdə I dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.