- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Xəbər verdiyimiz kimi, 30 aprel – 6 mayda Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yunan-Roma və “sərbəstlər”in ardından qadın güləşçilərimizin heyəti açıqlanıb.
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov bu sınaqda Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevaya (76 kq) fürsət verib.
Proqrama əsasən, Avropa çempionatında qadınlar rəqabətə mayın 2-4-də qoşulacaqlar.