Qadın güləş millimizin baş məşqçisi: Kiyev sınağında nəticədən çox razıyam

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə 22-ci beynəlxalq yarışda qadın millimiz 1 dəst medal qazanıb. Komandanın əvəzolunmaz öncülü Mariya Stadnikin (48 kq) iştirak etmədiyini nəzərə alsaq, nəticəni çox yaxşı saymaq olar. Allsport.az saytına açıqlamasında, yığmanın baş məşqçisi Aslan Ağayev idmançılarımızın çıxışı dəyərləndirib (şəkildə sağda):

“Kitev tarişı çox güclü keçdi. 37 ölkədən 600-ə yaxin idmanci iştirak edirdi. Turnirinə 5 nəfərlə qatıldıq. Onlardan 3-ü medal qazandı: Tatyana Omelçenko (62 kq) qızıl, İrina Netreba (65 kq) gümüş, Alyona Kolesnik (57 kq) bürünc medala yiyələndilər. 50 kq-da çıxış edən Türkan Nəsirova 3-cü yer uğrunda görüşdə zədələndiyindən mübarizəni davam etdirə bilmədi.

Əsas heyət üzvlərindən Elmira Qənbərova (62 kq) ilə Elis Monolova (68 kq) zədəli olduqları üçün, burada iştiraklarını məqsədəuyğun saymadım. Komandanın lideri Mariya Stadnik İsveçin Klippan şəhərində digər beynəlxalq yarışdan yeni qayıtdığından, Kiyevdə güləşməsini məsləhət bilmədim. Ümumilikdə, nəticədən razı qaldım. Avropa cempionatı qabağı bu sınaq bizə çox önəmli idi”.

Kamran HACI

Həmin kateqoriyadan