Qadın güləş millimizin də heyəti açıqlanıb

2-7 mayda Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda hər 3 növ üzrə komandalarımız çıxış edəcəklər. İlk günlərində sərbəst və qadın güləşçilər yarışacaq.

Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamız hazırlıqları Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir.

Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi ilə qitənin ən güclülərinin sınağına 7 güləşçi qatılacaq. Bunlar Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovadır (69 kq).

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.

Həmin kateqoriyadan