- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın güləş millisi iyulun 26-da Türkiyəyə yollanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi ilə komandamız Niğdədə yerlirlə birgə təlim-məşq toplanışı keçəcək. Konya-2021 İslam oyunlarına hazırlıq avqustun 8-dək davam edəcək.
Türkiyə səfərindən əvvəl AGF-in icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov komanda üzvləri ilə görüşərək onlara məsul yarışda uğurlar arzulayıblar.
Heyətdə Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi – 50 kq), Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq) və Gözəl Zutova (72 kq) yer alıblar.