Qadın güləşçilər Polşada hazırlaşır

Qadın güləşi üzrə millimiz Avropa çempionatına hazırlıq məqsədi ilə Polşaya yollanıb. Allsport.az saytı xəbər verir ki, martın 28-dən “Spala” olimpiya təlim-məşq bazasında məskunlaşan komandamız ev sahibi, Bolqarıstan, Fransa və Rumıniya ilə birgədir.

Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıqda Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edirlər.

Ttaktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.

Həmin kateqoriyadan