- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, noyabrın 27-dən 29-dək Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə güləş üzrə Qızıl qran-pri turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda dünyanın ən güclü güləşçilərinin iştirakı gözlənilir.
Artıq Rusiya qadınlardan ibarət millisinin heyəti müəyyənləşib. Siyahıda London Olimpiadasının qalibi, son dünya çempionu Natalya Vorobyova da yer alıb. Turnirdə 69 kiloqram çəki dərəcəsində mübarizə aparacaq rusiyalı güləşçi daha əvvəl 2 dəfə Azərbaycanda çıxış edib. 2011-ci ildə Qızıl Qran-pri turnirinin yalnız finalında uduzan N.Vorobyova 2013-cü ildə yarışın qalibi olub.
Rusiya millisinin heyətdə Valentina İslamova (48 kq), Mariya Qurova (53 kq), Mariya Lyulkova (58 kq), Valeriya Lazinskaya (63 kq) və Yekaterina Bukina (75 kq) yer alıblar.