Qadın güləşçilərimiz Heydər Əliyevin xatirə turnirində 1 gümüş və 2 bürünc qazanıb

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri”nin final mərhələsi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışda 49 ölkədən 500-ə yaxın ən güclü pəhləvanlar mübarizə aparır.

Rəqabətin 2-ci günündə qadın güləşçilər mücadiləyə qoşulub. Millimiz turniri 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Həlledici görüşdə Ukrayna təmsilçisinə uduzub. Bürünc medalları bizə Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıblar.

Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) 5-ci yerlə kifayətləniblər. İlk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahibləniblər.

Həmin kateqoriyadan