- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Polşanın Spala şəhərində qadın güləşi üzrə “Poland Open” beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (58 kq) iştirak ediblər.
Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. 48 kq çəkidə komandanın lideri Mariya Stadnikin qızıl medal qazandığını xəbər vermişdik.
Bürünc medallara Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) sahib çıxıblar. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.