- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var.
Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran PriⅦ beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. 60 kq-da mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son Dünya çempionatının gümüş medalçısı Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Mövqeyini qoruyan güləşçilərimiz həm də Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) olub. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.
48 kq
2. Mariya Stadnik – Dünya çempionatı 2-ci yer (2)
53 kq
6. Anjela Doroqan – Dünya çempionatı 5-ci yer (6)
55 kq
7. Nataliya Sinişin – Qızıl Qran Pri 2-ci yer (11)
12. Alyona Kolesnik – U-23 AÇ 1-ci yer (15)
58 kq
6. Yuliya Ratkeviç – Dünya Çempionatı 3-cü yer (4)
60 kq
4. İrina Netreba – Polşa turniri 3-cü yer (5)
63 kq
14. Nadya Muşka – Polşa turniri 2-ci yer (14)
18. Elmira Qəmbərova – U-23 AÇ 3-cü yer (nr)
19. Raqnetta Qurbanzadə – AÇ gənclər 3-cü yer (nr)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.