Qadın güləşçilərimiz Rio hazırlığı üçün yeni Ukraynaya üz tutub

Qadın güləşi üzrə millimiz Ri-2016-ya hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıb. Allsport.az satı xəbər verir ki, iyulun 5-dən 20-dək Zaroslyak şəhərində bu ölkənin yığma komandası ilə birgə hazırlıq keçəcək heyətdə 6 təmsilçimiz yer alıb.

Toplanışa baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hər üçü – 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıblar.

Xatırladaq ki, Rio Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.

Həmin kateqoriyadan