- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Qadın güləşi üzrə yığma komandamız Rio-2016-ya hazırlaşmaq üçün Ukraynaya yollanıb. Allsport.az satı xəbər verir ki, iyunun 5-dən 17-dək Konça-Zaspa təlim-məşq bazasında olacaq millinin heyətində 6 nəfər yer alıb – baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hər üçü – 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıblar.
Təlim-məşq toplanışını başa vurduqdan sonra yığmamızın üzvləri Polşanın Spala şəhərində Zialkovski və Petlasinskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq.
Bir müddət əvvəl isə, qadın güləşçilərimiz Bolqarıstanın Belmeken təlim-məşq bazasında Türkiyə, Belarus, Fransa, Rumıniya və Macarıstan yığmasının üzvləri ilə birgə hazırlıq keçib. Həmin təlim-məşq toplanışından foto və video görüntüləri təqdim edirik.
Məlumat üçün bildirək ki, Rio Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.