Qadın güləşçilərimiz Vladimir Stadnikin xatirə turnirində 1 qızıl və 3 bürünc medal qazanıb

Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə qadın güləşi üzrə 2-ci açıq respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda yerli komanda ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak ediblər.

Millimiz 1 qızıl və 3 bürünc medal qazanıb. İlk yeri 60 kq-da Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub. Bürünc mükafatlara Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) yiyələniblər.

Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, olimpiya oyunlarının 2-qat gümüş və bürünc medalçısı, dünya və 5-qat Avropa çempionu, ilk Avropa oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.

Həmin kateqoriyadan