- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın daha 3 qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Allsport.az xəbər verir ki, onların hamısı ilk görüşlərində uduzublar.
Tatyana Varansova (53 kq) təsnifatda Yekaterina Verbinaya (Rusiya), Jalə Əliyeva (62 kq) eyni raundda Anna Fabiana (Serbiya), Birgül Soltanova (65 kq) isə 1/8 finalda Ayna Temirtassovaya (Qazaxıstan) məğlub olub.
Uduzduqları rəqiblər finala çıxacaqları təqdirdə, Azərbaycan təmsilçiləri sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Ötən gün Şəhanə Nəzərova (50 kq) və Elnurə Məmmədova (55 kq) da ilk görüşlərdə uduzaraq yarışı medalsız başa vurub.