- Baxış sayı: 275
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 2 qızıl medal qazanan qadın güləşi üzrə millimiz Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, yığma komandanın böyük məşqçisi Rövşən Umudov yarışla bağlı danışıb:
“Qadın güləşi inkişafdadır. Federasiyanın rəhbərliyinin bu gün qadın güləşinə göstərdiyi qayğı nəticəsində bu inkişaf gələcək yarışlarda daha da özünü göstərəcək. Yeniyetmə qızlar yetişir. Mənə elə gəlir, az bir zamanda tam heyətlə yarışlara qatıla biləcəyik. Qadın güləşi öz sözünü deyəcək. Necə ki, sərbəst və yunan-Roma güləşində komanda hesabında Avropa çempionatında ön sıralarda yer alırıq, qadın güləşi üzrə komandamız da bir-iki ilə U17 və U20 yaş qrupunda öz sözünü deyəcək”.