Qadın güləşində 2 rekord!

Romada U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə İtaliya paytaxtına cəmi 6 nəfərlə yollanan milli, uğurlu çıxış edib.

Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) qalib olmaqla, bu növdə gənclər arasında 7 illik qızıl medal həsrətinə son qoyublar. Eyni zamanda, Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqovanın (72 kq) bürünc medal qazanması daha 2 nəticənin yaxşılaşdırılmasıyla əlamətdar olub.

Gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında 92 xal toplanıb ki, bu da rekord nəticədir. Cəmdə seçməmiz 5-ci yeri tutub, Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb.

Həmin kateqoriyadan