- Baxış sayı: 37
- 13 Mart 2025 14:27
- Baxış sayı: 59
- Mart 13, 2025
- 0
Yarışlarda qələbənin menstruasiya dövründən asılılığı məsələsi qadın idmanında ən vacib məsələlərdən biridir. Qızlar menstruasiya dövründə daha tez-tez qalib gəlirmi? Yoxsa bu müddət daha yaxşı nəticələr əldə etmək üçün maneəyə çevrilir?
Allsport.az saytı xəbər verir ki, 1975-ci ildə Tallin elmi-tədqiqat epidemiologiya, mikrobiologiya və gigiyena institutunun tədqiqatçıları 13-17 yaş arası 51 qız üzərində ölçmə və sınaqlar apardılar. Onların nəticələri bədənin fiziki və zehni performansının menstruasiya mərhələsində ən yüksək, yumurtlama zamanı isə ən aşağı olduğunu göstərdi.
Müəlliflərin 1952-ci il Helsinki yay olimpiya oyunlarında qadın idmançıların nəticələri ilə bağlı gətirdiyi maraqlı fakt: “Zimmer bildirir ki, bütün qadınların rekord nəticələrinin 26 faizi menstruasiya zamanı müəyyən edilib”.