- Baxış sayı: 71
- 25 Fevral 2025 18:15
- Baxış sayı: 35
- Mart 18, 2025
- 0
Azərbaycan idman akademiyasının tələbələri və əməkdaşı Avropa İttifaqının “Erasmus+” mübadilə proqramında iştirak üçün qitənin müxtəlif ölkələrinə yola düşürlər.
Allsport.az saytı xəbər verir ki, 2024-2025-ci tədris ilinin yaz semestrində mobillillik proqramı çərçivəsində idman məktəbinin “Məşqçilik” təhsil proramının ll kurs tələbəsi Gülsənəm Ağayeva və menecment məktəbinin “İdman menecmenti və kommunikasiya” təhsil proqramının III kurs tələbəsi Fatimə Həsənova Litvanın idman universitetində, idman məktəbinin “Məşqçilik” təhsil proramının II kurs tələbəsi Zəhra Əsgərova Rumıniyanın Ştefan Cel Mare universitetində təhsilini davam etdirəcək.
Həmçinin Sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” təhsil proqramının assistenti Leyla Təhməzli Çex Respublikasının Karlov universitetinin bədən tərbiyəsi və idman fakültəsində könüllülük proqramında iştirak etmək hüququ qazanıb.