- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
1-2 dekabrda Rusiya federasiyasının Cuvaş respublikasının paytaxtı Çeboksarıda qadın güləşçilərin dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millimiz Çin, Ukrayna və Monqolustanla “B” qrupunda; Rusiya, ABŞ, Yaponiya və İsveç komandaları “A” qrupunda mübarizə aparacaqlar.
Yarışda yığmanın böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcəklər.
Proqramına əsasən, dekabrın 1-də qrup qarşılaşmaları keçiriləcək. Liderlər finalda, qrup 2-ciləri 3-cülük uğrunda mücadilə edəcəklər. Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim İntiqam Alıyev təmsil edəcək.