- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rusiya federasiyasının Cuvaş respublikasının paytaxtı Çeboksarıda qadın güləşçilərin dünya kubokunda millimiz 7-ci yeri tutub. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda Çin (0:8), Ukrayna (4:4*) və Monqolustan (2:6) komandalarına uduzan yığmamız sonuncu olmamaq üçün, həlledici görüşdə İsveçə 6:2 qalib gəlib.
Heyətdə böyük məşqçisi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer almışdılar.