- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xorvatiyada güləşçilərin açıq Zaqreb turniri davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə qadınlar mübarizəyə qoşulublar. Millinin lideri Mariya Stadnik (50 kq) ilk görüşdə özbəkistanlı Ağtəngə Xanımcayevanı 10:0, ardınca komanda yoldaşı Türkan Nəsirovaya 10:5 qalib gələn monqolustanlı Otqonjarqal Dolqorjavı 6:2 üstələyib.
Yarımfinalda onun rəqibi yaponiyalı olimpiya və 3-qat dünya çempionu Yui Susaki olub. Amma idmançımız bu görüşə çıxmayıb və rəqib birbaşa finala adlayıb və sonda qızıl medal qazanıb. Mariya Stadnik cinli Menq Fanla 3-cü yer uğrunda tutaşmanı da buraxıb. Azərbaycan güləş federasiyasının rəsmi portalı durumu zədəli kimi qeyd edib.
Amma yarışı izləməklə yanaşı, Zaqrebdən araşdırmamız nəticəsində Maşanın tam hazır olmadığı üçün görüşə çıxmadığı məlum olub. Necə ki, Yui Susakidən çəkindiyinə görə, ötən ilin 10-18 sentyabrında Serbiya paytaxtı Belqradda keçirilmiş dünya çempionatına qatılmamışdı. Həmin yarışda finalda yaponiyalı güləşçi Otqonjarqal Dolqorjava qalib gəlmişdi.
Maraqlıdır ki, bu yarışdan düz bir ay öncə, 9-18 avqustunda Konya-2021 İslam həmrəyli oyunlarında – zəiflərin rəqabətində və bol mükafatın müqabilində – 1-ci yer tutaraq xeyli öyünmüşdü. Bəs Paris-2024 yay olimpiya oyunlarında necə olacaq?
Əldə etdiyimiz məlumata görə, Türkan Nəsirova “B” döşəyində son görüşə təxminən 1 dəqiqə 20 saniyə gec çıxarılıb. Otqonjarqal Dolqorjava isə yerində hazır olub. Diktor 3 dəfə həmyerlimizi çağırıb. Qaydaya görə, idmançı nəzərdə tutulan müddətdən 1,5 dəqiqə gec xalçaya çıxarsa, o, məşğul elan edilir. Millidə hamının başı Mariya Stadnikə qarışıb və azərbaycanlı güləşçi yaddan çıxıb. Halbuki tutaşmaya 15 dəqiqə qalmış o artıq hazırlanmalı idi.